WhatsApp + süni intellekt

WhatsApp yazışmalarınız satışa çevrilsin

Şirkətinizin WhatsApp nömrələrini qoşun — Chatdue hər söhbəti analiz edir: kim almağa hazırdır, kim cavabsız qalıb, operatorlar necə işləyir və bu gün kimə yazmaq lazımdır.

30 gün pulsuz · Kart tələb olunmur · 1 dəqiqədə QR ilə qoşulma

ƏMƏli MəmmədovQiymət uyğundur, sabah ödəniş edərəmİsti lead
NHNigar Həsənova2 saatdır cavab gözləyirCavabsız
RQRauf QuliyevÇatdırılma ilə bağlı şikayətŞikayət
LSLeyla SəfərovaOperator balı: 9/10 · Satış baş tutduSatış
İmkanlar

Bütün WhatsApp satışınız bir paneldə

Operatorların telefonlarında itən yazışmalar artıq ölçülür, analiz olunur və işə çevrilir.

AI analiz

Hər söhbət üçün xülasə, müştəri istəyi, lead temperaturu, etirazlar və növbəti mesaj — özünüz seçdiyiniz sahələrlə.

Bu gün kimə yazmalı

Cavabsız qalan müştərilər, vaxtı çatan follow-up-lar və soyumuş isti lead-lər hər səhər hazır siyahıda.

Cavab sürəti

İlk və orta cavab müddəti, iş saatından kənar mesajlar, saatlara görə yük — nömrələr üzrə müqayisə ilə.

Səsli mesajlar da

Səsli mesajlar, sənədlər və şəkillər avtomatik mətnə çevrilir və analizə daxil olur.

Komanda və rollar

Operatorlarınızı əlavə edin, hər kəsə yalnız lazım olanı göstərin. Yazışmalar yalnız sizin şirkətə görünür.

Excel hesabat

Filtrlənmiş söhbətləri bütün AI sahələri ilə birlikdə bir kliklə Excel-ə çıxarın.

Necə işləyir

3 addımda başlayın

1

Qeydiyyat

Email və şifrə ilə qeydiyyatdan keçin, emailinizə gələn kodla təsdiqləyin.

2

Nömrəni qoşun

WhatsApp → Əlaqəli cihazlar bölməsindən QR kodu skan edin. Yazışmalar özü yüklənir.

3

Nəticəni görün

AI söhbətləri analiz edir: icmal, lead-lər və bu gün kimə yazmaq lazım olduğu hazır olur.

Qiymətlər

Analiz olunan mesaja görə sadə paketlər

Bütün funksiyalar hər paketdə var — fərq ayda AI ilə analiz olunan mesaj və qoşulan WhatsApp nömrələrinin sayındadır.

Start

$10 / ay
Ayda 3 000 mesaj analizi
1 WhatsApp nömrəsi
  • 1 WhatsApp nömrəsi
  • AI analiz
  • Komanda
Başla

Duo

$15 / ay
Ayda 6 000 mesaj analizi
2 WhatsApp nömrəsi
  • 2 WhatsApp nömrəsi
  • AI analiz
  • Komanda
Başla

Pro

$100 / ay
Ayda 60 000 mesaj analizi
30 WhatsApp nömrəsi
  • 30 WhatsApp nömrəsinə qədər
  • AI analiz
  • Komanda
Başla

İllik paketlər, ödəniş və sınaq qaydaları →

30 gün pulsuz: son 1 000 mesajınız AI ilə analiz olunur, 1 nömrə ilə bütün funksiyaları sınayın. Kart tələb olunmur. Pulsuz başla
Suallar

Tez-tez verilən suallar

Telefonumda nəsə dəyişəcəkmi?

Xeyr. Nömrə WhatsApp-ın “Əlaqəli cihazlar” funksiyası ilə qoşulur — WhatsApp Web kimi. Telefonunuzda hər şey əvvəlki kimi işləyir.

Yazışmalarımı kim görür?

Yalnız sizin şirkətinizin hesabları. Komandanıza kimin nəyi görəcəyini rollarla özünüz təyin edirsiniz.

Ödəniş necə olur?

Qiymətlər dollarla göstərilir, ödəniş kartla (PashaBank) manatla çəkilir. Paket avtomatik yenilənir, bunu istənilən vaxt söndürə bilərsiniz.

Sınaq bitəndə nə olur?

Məlumatlarınız silinmir və baxıla bilir. Yeni yazışmaların toplanması və analiz paket seçənə qədər dayanır.

Daha çox nömrə lazım olsa?

Paneldəki “Abunəlik” bölməsindən paketi istənilən vaxt yüksəldə bilərsiniz — yeni limit ödənişdən dərhal sonra qüvvəyə minir.

Yazışmalarınızda nələr gizlənir — bu gün görün

Qeydiyyat 1 dəqiqə çəkir, ilk 30 gün pulsuzdur.

Pulsuz başla